BANK

16 İyun

Anar Həsənov: Aprel ayının nəticəsinə görə, 33-milyondan artıq yeni kredit vermişik

Aprel ayının nəticəsinə görə, 33-milyondan artıq yeni kredit vermişik

Bunu "Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri Anar Həsənov açıqlamasında deyib. 

Anar Həsənov bankın biznes hədəflərinin yerinə yetirilməsi barədə "Fins.az"-a açıqlama verərək “Çox sevindirici haldır ki, pandemiyanın hələ də davam edən fəsadlarına baxmayaraq mikro və pərakəndə seqmentin marağını cəlb edə bilmişik və onların vasitəsilə strateji hədəflərimizi və biznes planlarımızı davamlı olaraq reallaşdırırıq.” - deyə qeyd edib

Bankın kredit portfelinin artması barədə də açıqlama verən bankir bildirib ki, Yelo Bank Aprel ayının nəticəsinə görə, 33-milyondan artıq yeni kredit verib. "Kredit portfelimiz artır və hər ay inkişaf edir. Aprel ayı üzrə 33 milyondan çox kredit vermişik. Ümumi kredit portfelimizdə isə 10 milyon artım olub.

Müəllif:Aynur Qəniyeva