İngiltərədə inflyasiya təxminən iki il sonra ilk dəfə Mərkəzi Bankın 2% olan hədəfini aşıb.
Fins.az xəbər verir ki, İngiltərə Statistika Ofisinin məlumatlarına görə, istehlakçı qiymətləri Mayda illik 2,1% artıb. Bu, 2019-cu ilin İyul ayından bəri görülən ən yüksək səviyyədir.
İqtisadçıların proqnozu 1,8% idi.
Baza inflyasiya illik 2% təşkil edib.
İqtisadiyyat açılmağa başladıqca yanacaq, geyim kimi sahələrdə qiymət artımları yüksəlişə səbəb olub.
İngiltərə Mərkəzi Bankı bu il inflyasiyanın müvəqqəti 2%-i aşmasını gözləyir. Ancaq iqtisadçılar koronavirus səbəbilə tənəzzüldən sonra sürətli toparlanma ilə qiymət artımlarının qalıcı ola biləcəyini nəzərdə tuturlar.
Son aylarda bir çox ölkədə qiymət artımları sürətlənsə də mərkəzi banklar bunun davamlı olmayacağı fikirindədir. ABŞ-da inflyasiya Mayda 5%-ə yüksələrkən, Avro Bölgəsində 2% olmaqla Mərkəzi Bankını hədəfinin bir az üzərindədir.