BANK

14 İyun

Azərbaycan Mərkəzi Bankı lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Zirvə Kredit İttifaqı" MMC-yə lisenziya verilib.

Bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 43-ə çatıb.

Xatırladaq ki, "Zirvə Kredit İttifaqı" 2018-ci ilijn yanvar ayında "Cocuq Mərcanlı Kredit İttifaqı" adı ilə yaradılıb, ötən ilin sentyabr ayında rebrendinq edib. Onun hüquqi ünvanı Biləsuvar rayonu, 4-cü qəsəbə, ev 287, nizamnamə kapitalı 4 400 manat, qanuni təmsilçisi isə Qədir Əli oğlu Quliyevdir.

(c)Report