Rusiya Mərkəzi Bankı bazar proqnozları istiqamətində faizini 0,50 bənd artıraraq 5,50% səviyyəsinə yüksəldib. Bank bu il 3-cü dəfədir faiz artırır.
Fins.az xəbər verir ki, Bankın açıqlamasında növbəti yığıncaqlarda daha bir faiz artırımı ola biləcəyi qeyd edilib.
İqtisadçılar da Rusiya Mərkəzi Bankının faizini 0,50 bənd artıracağını gözləyirdilər.
Rusiya Mərkəzi Bankı inflyasiyadakı sürətlənmənin proqnozlardan yüksək olduğuna diqqət çəkib.
Bank iqtisadiyyatdakı toparlanmanın sürətli olduğunu, iqtisadi fəaliyyətin böhrandan əvvəlki səviyyələrə ilin ikinci yarısında qayıdacağını qeyd edib.