BANK

10 İyun

Dünya Bankından Türkiyəyə 400 milyon dollarlıq iki kredit

Dünya Bankı, Türkiyədə icra edəcəyi iki layihə üçün cəmi 400 milyon dollar kredit ayırdığını açıqlayıb.

Fins.az xəbər verir ki, 265 milyon dollar məbləğindəki birinci layihə Türkiyədə binaların zəlzələyə qarşı dayanıqlılığını və enerji məhsuldarlığını artırmağı, 135 milyon dollar məbləğindəki ikinci layihə isə 90 min yoxsul adamın təbii və iqlim qaynaqlı təhlükələrdən qorunmasını və dolanışıq qaynaqlarının artırmasını nəərdə tutur.