BANK

10 İyun

Elman Sadıqov: İqtisadi inkişafın bərpa prosesi nisbətən ləng və ağrılı gedəcək

Son 15 ay ərzində bazarlara likvidlik dəstəyi verən ölkələrdə yüksək inflyasiyanın keçici olmasının (yəni davamlı deyil, müvəqqəti) təmin edilməsi əsas prioritet kimi qalacaq, lakin iqtisadi inkişafın bərpa prosesi daha sürətli olacaq.
Fins.az xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov inflyasiyanın yükəlməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.
Elman Sadıqov doğru addımların nəticələri barədə "Doğru addımlar müəyyən müsbət nəticələr versə də, yanlış addımlar iqtisadi fəallıq və biznesi daha da boğaraq həmin ölkələri mənfi nəticələr doğuracaq zəncirvari reaksiyalar burulğanına atacaq"-deyə vurğulayıb.
 
Müəllif:Aynur Qəniyeva