Son 15 ay ərzində bazarlara likvidlik dəstəyi verən ölkələrdə yüksək inflyasiyanın keçici olmasının (yəni davamlı deyil, müvəqqəti) təmin edilməsi əsas prioritet kimi qalacaq, lakin iqtisadi inkişafın bərpa prosesi daha sürətli olacaq.
Fins.az xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov inflyasiyanın yükəlməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.
O bildirib ki, son 15 ay ərzində bazarlara kifayəq qədər likvidlik dəstəyi verməyən ölkələrdə iqtisadi inkişafın bərpa prosesi nisbətən ləng və ağrılı gedəcək. İnflyasiyanın isə inkişaf etmiş ölkələrdən daha sürətli olacağı ehtimalı çox yüksəkdir. Çünki, bu ölkələr iki qat inflyasiya təzyiqi altında olacaq. Həm xarici bazarlarda enerji, əmtəə, qiymətli metal və hazır məhsulların artımı nəticəsində idxal olunan inflyasiyanın təzyiqi, həm də daxili bazarlarda məcburi və bir çox hallarda zamanlama nəzərdən səhv qiymət artımlarının təzyiqləri.Nəticədə, inflyasiyanın qarşısını almaq üçün növbəti mərhələlərdə müəyyən addımlar atılacaq.
Elman Sadıqov doğru addımların nəticələri barədə "Doğru addımlar müəyyən müsbət nəticələr versə də, yanlış addımlar iqtisadi fəallıq və biznesi daha da boğaraq həmin ölkələri mənfi nəticələr doğuracaq zəncirvari reaksiyalar burulğanına atacaq"-deyə vurğulayıb.
Müəllif:Aynur Qəniyeva