Əmanətlərin Sığortalanması Fondu qorunmayan əmanətlərin siyahısını açıqlayıb
Fins.az fonda istinadən xəbər veir ki, aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
-Məlumata görə,bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
- cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
- üzərinə həbs qoyulmuş əmanətlər;
- cəlb edildiyi günə qorunan əmanətlər üzrə müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
- fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri;
- fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri.
Müəllif: Aynur Qəniyeva