TASS-a müsahibə verən mütəxəssislərin fikrincə, Rusiya Mərkəzi Bankı iyunun 11-də faizini artıracaq.
Fins.az xəbər verir ki, onların fikrincə, ən çox ehtimal olunan ssenari faiz dərəcəsinin 0,5 bənd artırılaraq 5,5%-ə yüksəldilməsidir.
Rusiya Bankı, aprel ayındakı iclasda da faizini 0,5 bənd artıraraq 5%-ə yüksəltmişdir.
Tənzimləyicinin izah etdiyi kimi, qərar istehlak qiymətlərinin artım templərinə, inflyasiya gözləntilərinə və bir sıra sektorlarda tələbin davamlı bərpa olunmasına əsaslanmışdır.
Mərkəzi Bankın baxdığı amillər nəinki dəyişməyib, təsirlərini də artırıblar. Xüsusilə may ayında inflyasiya kəskin artıb, Rusiyada və dünyada iqtisadi fəaliyyət kifayət qədər sürətli bir canlanma göstərməyə davam edib.
2021-ci ilin sonuna qədər Rusiya Mərkəzi Bankının faizinin 6%-i keçə biləcəyi gözlənilir.