BANK

09 İyun

Rublun manata qarşı məzənnəsi - 10 Aylıq Maksimuma Çatıb

İyunun 9-da Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3% artaraq 0,0236 manat təşkil edib ki, bu da ötən ilin iyul ayından bəri qeydə alınan ən yüksək göstəricidir.

Fins.az xəbər verir ki, rublun sonuncu dəfə bundan yüksək dəyəri ötən ilin iyulun 27-də qeydə alınmışdı – 0,0237 manat.

Qeyd edək ki, aprel ayından bəri rublun manata qarşı artan tendensiyası müşahidə olunur və sözügedən valyuta manata qarşı aprel ayından bəri 6% ətrafında dəyər qazanıb. (Apa)