BANK

09 İyun

Bu qiymətlər 9% yüksəlib

Çində istehlak qiymətləri indeksi (İQİ) May ayında illik müqayisədə (ötən ilin May ayı ilə) 1,3% artıb.

Fins.az xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Statistika Komitəsinin çərşənbə günü yayımladığı məlumata görə, bu, aprel ayına nisbətən 0,4 faiz çox, lakin proqnozdan 1,6 faiz azdır.

Son bir ayda ölkənin şəhərlərində qiymətlər 1,4%, kənd yerlərində 1,1% artıb.

Qida məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq məhsullarının qiymətləri isə 1,6% artıb. 

Keçən ilki məlumatlarla müqayisədə may ayında ət məhsullarının qiyməti 11,3% azalıb. Çində istehlak səbətinin əsas elementlərindən biri olan donuz ətinin dəyəri isə illik nisbətdə 23,8% düşüb. Su məhsulları 13,8%, meyvələr 1,4%, təzə tərəvəz 5,4%, yumurtalar 14,3% bahalaşıb.

Çində səhiyyə xidmətləri keçən ay 0.2%, təhsil, mədəniyyət və əyləncə qiymətləri isə 1.5% artıb. Nəqliyyat və rabitə sahəsindəki xidmətlərin qiymətləri 5,5%  artıb.

2020-ci ilin sonunda Çində inflyasiya səviyyəsi 2,5% təşkil edib ki, bu da 2020-ci ildə qoyulan hədəfdən (3,5%) daha azdır. Bu il hökumət 3% inflyasiya hədəfi müəyyən edib.

Çində May ayında istehsalçı qiymətləri indeksi isə ötən ilin eyni dövrü ilə müqayisədə 9% yüksəlib.

Asiyada səhmlərin qiymətləri Çinin inflyasiya məlumatlarının ardından geriləyib.