BANK

08 İyun

Banklarda İT auditin önəminin müzakirəsi

ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

Fins.az xəbər verir ki,İclasda Azərbaycan Beynəlxalq Bankının Daxili audit departamentinin direktoru, ABA-nın “Daxili audit üzrə Ekspert Qrupu” rəhbəri Elgün Qurbanov açılış nitqi ilə çıxış edib.Daha sonra Beynəlxalq daxili auditorlar institutunun Azərbaycan nümayəndəliyinin sədri Əziz Fətəliyev“ Daxili audit peşəsi haqqında marifləndirmənin önəmi və gələcək prespektivlər” mövzusunda çıxış edib. İclasın davamında Azərbaycan Beynəlxalq Bankının Daxili audit departamentinin audit meneceri Nərgiz İsayeva və baş İT auditoru Azad Məmmədov “ Yeniçağırışlar – Agile audit” və “İT auditin önəmi və funksiyası” mövzularında təqdimat nümayiş etdiriblər.