Qlobal bazarlar, pandemiyanın təsirləri azaldıqca inflyasiyada baş verən yüksəlişi, bunun ABŞ Prezidenti Co Baydenin (Joe Biden) nəhəng xərc paketləri ilə gələcək illərdə qalıcı hala gəlib-gəlməyəcəyini müzakirə edərkən, ABŞ-ın maliyyə naziri Janet Yellen mövzu ilə bağlı açıqlama verib.
Fins.az xəbər verir ki, Londonda təşkil edilən G-7 maliyyə nazirləri yığıncağının dönən zaman "Bloomberg News"a müsahibə verən Yellen, "Əslində bir az daha yüksək bir faiz mühitinin meydana gəlməsi həm cəmiyyət həm də Fed baxımından bir müsbət olacaq" deyib.
Baydenin paketlərinin xərcləri hər il təxminən 400 milyard dollar artıracağını qeyd edən Yellen, bu rəqəmin inflyasiyanı hədəfin üzərinə qalıcı olaraq çıxarmağa kafi olmayacağını deyib.
Yellen, təşviq paketləri səbəbilə qiymətlərdə yaşanacaq sürətli artımın təsirinin gələn il ortadan qalxacağını nəzərdə tutur. Eyni zamanda sabiq Fed sədri də olan Yellen, "On ildən bəri çox aşağı inflyasiya və çox aşağı faiz nisbətlərilə mübarizə edirik. Normal bir faiz nisbəti mühitinə geri dönmələrini istəyirik və bu da işləri bir az asanlaşdıracaqsa, pis bir şey deyil, yaxşı bir şeydir" deyib.
ABŞ-da cümə günü açıqlanan məlumatlar - məşğulluq artımının may ayında sürətləndiyini və işsizlik nisbətinin də 5,8%-ə gerilədiyini ortaya qoyub.
ABŞ-da inflyasiya aprel ayında illik 4,2% təşkil edib.
ABŞ-ın maliyyə nazirinin yüksək faizlərin yaxşı ola biləcəyinə dair şərhləri qızıl qiymətlərinin düşməsinə səbəb olub.