BANK

04 İyun

Lari ilin əvvəlindən ilk dəfə dəyər qazanıb

May ayında lari ABŞ dollarına nisbətən 4,2% möhkəmlənib.
Ekspertlər hesab edirlər ki, buna səbəb Milli Bankın aprel ayında uçot dərəcəsini 1% artıraraq 9,5%-ə çatdırması və ölkə iqtisadiyyatı ilə bağlı gözləntilərin yaxşılaşmasıdır.
Hökumət bu il üçün ÜDM gözləntilərini 4,3%-dən 6,5%-ə qədər yüksəldib.

Larinin ən aşağı göstəricisi, yəni 1 dollar = 3,4842 lari məzənnəsi 27 mart 2020-ci ildə qeydə alınıb.