“Rabitəbank” ASC-nin Xəzinadarlıq departamentinin Dilinq şöbəsinin rəisi vəzifəsinə yeni təyinat olub
Fins.az xəbər verir ki, bu vəzifəyə İkram Səfərəliyev təyin olunub.
Məlumata görə Səfərəliyev İkram əmək fəaliyyətinə Baş Mühasib olaraq başlayıb. Daha sonra "PSG-Kapital İnvestisiya Şirkəti” QSC-nin Əməliyyat Şöbəsinin rəisi vəzifəsində,“MFX Trading İnvestisiya şirkəti” ASC -nin İnvestisiyalar şöbəsinin rəisi, “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-də Direktor müavini olaraq çalışıb.
Müəllif: Aynur Qəniyeva