BANK

04 İyun

Rusiya rublu qorumaq üçün faiz ARTIRIR

Rusiya Mərkəzi Bankının sədr müavini Kseniya Yudayeva, bankın növbəti yığıncağında faizi 0,25 və ya 0,5 bənd artırmağı planlaşdırdıqlarını söyləyib.

Fins. az xəbər verir ki, Bankın 11 İyunda təşkil ediləcək yığıncağında faiz endirimini qiymətləndirmədiklərini izah edən Yudayeva, "Faiz endirimi planlaşdırmırıq. Masada faizi 0,25 və ya 0,5 faiz bəndi artırmaq variantları olacaq" deyib.

Yudayeva bütün faktorları diqqətli bir şəkildə qiymətləndirdiklərini bildirib.

Rusiya Mərkəzi Bankı 26 Apreldə faiz dərəcəsini 4,5%-dən 5%-ə yüksəltmişdir.