BANK

07 May

Dünyanın ən böyük banklarından biri kriptovalyuta bazarına girir

Dünyanın ən böyük məzənnə operatoru banklarından olan Citigroup, müştərilərindən gələn tələb ilə əlaqədar olaraq kriptovalyuta bazarına ilk addımı atmağa hazırlaşır.

Fins.az  xəbər verir ki, Bankdan Itay Tuchman, müştərilərə hələ kriptovalyuta ilə əlaqədar xidmətlərin təqdim edilmədiyini, lakin nəzərdə tutulduğunu bildirib.

Tuchman, "Bizim üçün fərqli variantlar mövcuddur və müştərilərimizə ən yaxşı necə xidmət edə biləcəyimizi qiymətləndiririk. Bu bankın öz hesablarıyla əməliyyat etmək səyi olmayacaq", - deyib.

Citigroup, 2018-ci ilin Mart  ayında yaydığı bir hesabatda, yüksək risk və maneələrə baxmayaraq Bitcoin-in qlobal ticarətdə seçilən bir pul vahidi olmaq üçün yaxşı bir şəkildə mövqeləndiyini qeyd etmişdi.