"Unibank"-dan "Rabitəbank"-a transfer olub.
Fins.az xəbər ki, Elnur Vəliyev bankın Daxili Nəzarət departamentinə direktor təyin edilib.
Məlumata görə, Elnur Vəliyev “Unibank KB” ASC-nin Risklərin idarəolunması departamentinin direktor müavini vəzifəsindən ayrılaraq "Rabitəbank"-da sözügedən vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Elnur Vəliyev daha əvvəl “AFB Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru və “Dəmir Bank” və “Yelo Bank”da işləyib.