BANK

05 May

Goldman Sachs işçilərini ofislərə çağıracaq

Goldman Sachs-ın Baş direktoru David Solomon, ABŞ-da 14 İyundan etibarən işçiləri ofislərə çağıracaqlarını bildirib.

Fins.az xəbər verir ki, Solomon, "Ofislərə qayıtmaq mövzusunda bu ana qədər bir plan etməmiş olanlar, 14 İyun Bazar ertəsi günündən ofislərə dönməyi planlaşdırsınlar" deyib.

İngiltərədəki işlçilər isə 21 İyundan ofislərə qayıdacaqlar.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bir çox şirkətlərin işçiləri kimi Goldman Sachs əməkdaşları evlərindən çalışırdılar.