BANK

05 May

Qonşu ölkədə banklar əmənatlər üzrə faiz dərəcələrini - ARTIRIR

Rusiya bankları əmanətlər üzrə faiz dərəcələrini artırmağa başlayıb.

Fins.az  xəbər verir ki, şərtlərin yaxşılaşdırması ortalama 0,2-1,5% təşkil edib.

Qeyd edək ki, 23 aprel tarixində Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 5%-ə yüksəldib. Bu, 2014-cü ilin dekabr ayından bəri qeydə alınmış ən kəskin artım olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, aprelin 1-nə ölkədə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,54%, xarici valyuta ilə isə 1,71% təşkil edib.

(c)APA