ABŞ-ın Maliyyə naziri Janet Yellen artan hökumət xərcləri səbəbilə iqtisadiyyatın "həddindən artıq qızmasının" qarşısını almaq üçün faiz dərəcələrinin (Fed-in) bir az artırılması lazım ola biləcəyini deyib.
Fins.az xəbər verir ki, Yellen bir gün keçməmiş bu açıqlamasını şərh edib. O qeyd edib ki, inflyasiyanın ABŞ iqtisadiyyatı üçün bir problem olacağını gözləmir, faizlərin artırılmasının "nəzərdə tutduğu ya da təklif etdiyi" bir şey olmadığını bildirib.
Hökumət xərclərinin (investisiyalarının) iqtisadiyyatın böyüklüyü ilə müqayisədə kiçik olsa da faizlərdə mülayim artımlara səbəb ola biləcəyini dilə gətirən Yellen, bu xərclərə iqtisadiyyatın rəqabətçi və məhsuldar olması üçün ehtiyac olduğunu, iqtisadiyyatın bu şəkildə daha sürətli artacağını bildirmişdi.