BANK

04 May

Avro və funt yenidən ucuzlaşıb

Beynəlxalq valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri yenidən ucuzlaşmağa başlayıb.

Avro 1.21 və funt sterlinq 1.39$-ın altında qalacaqları təqdirdə, trendin sürətlənəcəyi proqnozlaşdırılır. Eyni tendensiya USD/JPY valyuta cütlüyünün qiymətində də müşahidə edilir. USD/TRY fonunda treyderlər cümə axşamı saat 15:00-da TCMB tərəfindən açıqlanacaq yeni faiz qərarını gözləyirlər. 

Bu gün isə Almaniya, Avrozona və ABŞ-dan sonra İngiltərənin də sənaye sektorunda biznes aktivliyi indeksinin dərc edilməsi investorların diqqət mərkəzində olacaqdır. 

Bazar ertəsi fundamental göstəricilərin proqnozlaşdırılandan pis yayımlanması, əlvan metallar bazarlarında böhran dövrlərində güvənli liman maliyyə aləti kimi qızıla olan tələb artmışdır. Lakin burada da bir unsiya üzrə qiymət 1796$-da müqavimətlə rastlaşıb. 

(c)investaz