BANK

03 May

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi apreldə AZALIB

2021-ci ilin aprel ayında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 36,324 mln. manat həcmində 503 ipoteka krediti verib.

Fins.az xəbər verir ki, bu  mart ayı ilə müqayisədə 10,1% azdır. Cari ilin yanvar-aprel aylarında isə 132,931 mln. manatlıq ipoteka krediti verilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə çoxdur.