BANK

03 May

“Paşa Bank Gürcüstan”a yeni baş direktor təyin olundu

“Paşa Bank” ASC-nin Gürcüstan törəməsinin baş direktoru vəzifəsinə yeni təyinat olub.

Bu posta Gürcüstan və Azərbaycanın bank sektorunda uzun illər fəaliyyət göstərən Nikoloz Şurqaya təyinat alıb.

O, 2015-2016-cı illərdə “Paşa Bank”ın Müşahidə Şurasında da təmsil olunub.

N.Şurqaya təyinatdan öncə Azərbaycanda “Yelo Bank”a rəhbərlik edib.

2020-ci ilin dekabrın 30-na olan məlumata əsasən, “Paşa Bank Gürcüstan”ın aktivləri 470 milyon lari təşkil edir. Bank ötən ili 23,2 milyon lari həcmində zərərlə başa vurub.

(c) Report