2020-ci ildə kredit qoyuluşunun artım tempi qeyri-stabil olub. İlin I rübündə, yəni karantin tətbiqinə qədər olan dövrdə kredit qoyuluşunda 2,6% artım olduğu halda sərt karantin tədbirlərinin tətbiqi dövrü olan II rübdə 7%-ə qədər azalma baş verib.
Fins.az xəbər verir ki, bu Baku Araşdırma İnstitutu-nun (Baku Research İnstitute ) Bank sektorumuz pandemiya və müharibə dövründə mövzusunda araşdırmasında bildilir.
Qeyd olunur ki, ay aylarında yenidən müşahidə edilən nisbi artım (2,3%) sonuncu rübdə azalma (1,1%) ilə əvəzlənib.
Kredit qoyuluşuna əsas dəstək dövlət banklarından gəlib. Dövlət banklarının kredit qoyuluşunun 8,4% artımı fonunda özəl bankların qoyuluşu 7,8% azalıb. Nəticədə ümumi kredit qoyuluşunda dövlət banklarının payı 16,7%-dən 19,1%-ə yüksəlib. Dövlət bankları arasında artım ancaq Azərbaycan Beynəlxalq Bankına (9,9%) məxsusdur. Digər dövlət bankı olan Azər Türk Bankda 10,2% azalma qeydə alınıb. Konkret banklar üzrə aparılan analiz göstərir ki, pandemiyanın bankların kredit aktivliyinə təsiri fərqli olub. 2020-ci ildə ölkə iqtisadiyyatına kredit qoyuluşunu azaldan əsas banklar AFB Bank (azalma 61,3%), Bank VTB (47,1%), Xalqbank (19,4%), Yapı Kredi Bank (20,2%) və Accessbank (17,7%) olub. Ancaq Kapital Bank (19,5%), Paşa Bank (16,5%), Günay Bank (20,1%), Rabitəbank (12,3%) kredit portfelini əhəmiyyətli dərəcədə artırmağa müvəffəq olublar. Ümumiyyətlə götürdükdə ölkə banklarının yarısının kredit qoyuluşunda artım, yarısında isə azalma qeydə alınıb.