BANK

03 May

“Bank əməkdaşları üçün maliyyə savadlılığı” vebinarları 

ABA tərəfindən “Bank əməkdaşları üçün maliyyə savadlılığı” vebinarları keçirilib.

Fins.az xəbər verir ki, vebinarların məqsədi vətəndaşlarla birbaşa əlaqədə olan bank əməkdaşları arasında maliyyə savadlılığının artırılmasına dəstək olmaqdır.

Məlumata görə, 27 və 30 aprel 2021-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə banklar və bank olmayan kredit təşkilatlarının əməkdaşlarına təşkilati bacarıqlar (soft skills) və maliyyə savadlılığına dair vebinarlar təşkil edilib. Təlimlərdə 151 iştirak olmuş və iştirakçıların sualları ətraflı cavablandırılmışdır.

Eyni zamanda, iştirakçılara Mərkəzi Bankın zəngin elekton resursları “Maliyyə Savadlılığı portalı” (bizimpullar.az), “Virtual təhsil platforması” (edu.e-cbar.az) və “Maliyyə məhsul və xidmətlərinin axtarış sistemi“ (infobank.az) barədə geniş məlumat verilib. Mərkəzi Bankın maliyyə savadlılığının artırılması istiqamətində müxtəlif hədəf qruplarına yönəlmiş bu səpkili təlimlərinin təşkili işləri davam etdirilir.