BANK

30 Aprel

Bu il Azərbaycanda inflyasiyanın səviyyəsi hədəf diapazonunda formalaşacaq

2021-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi hədəf diapazonunda formalaşacaq.

Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 30-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, ilin birinci rübündə orta illik inflyasiya 2,2 faiz olub. Martda isə illik inflyasiya 4,1 faiz təşkil edib və inflyasiyanı hədəf diapazonundan kənarlaşdıra biləcək amillər müşahidə edilmir.