Belə bir göstəriş yoxdur
Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov ölkəmizdə valyuta satışı ilə bağlı məhdudiyyətin tətbiqi üçün hər hansı göstərişin verilməsi ilə bağlı jurnalistlərə açıqlama verərkən deyib
O bildirib ki, belə bir göstəriş yoxdur. Biz tam liberal bir bazardayıq bankların sifarişləri tam şəkildə ödənilir. Təbii ki, dediyim rəqəm də onun sübutudur. Əgər bu gün valyuta bazarında defisit yox profsit varsa məntiqi olaraq belə bir sual çıxır ki, belə bir göstəriş niyə verilə bilərdi? Profsitli bazar var .Biz maraqlığıq ki, bazara çıxarılan valyuta satılsın və bütövlükdə xəzinədarlığın hesabına daxil olsun.Vəsait hesabına bilirsiniz ki, iqtisadiyyatın maliyyələşdirlilməsi həyata keçirilir.
Müəllif: Aynur Qəniyeva