BANK

30 Aprel

Elman Rüstəmov:Manatın məzənnəsinə hər hansı bir təzyiq yoxdur

Manatın məzənnəsinə hər hansı bir təzyiq yoxdur

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, valyuta bazarında vəziyyət stabildir Bilirsiniz ki,yanvarda müəyyən tələbin artmasını müşahidə etdik bu həm nəğd valyuta üzrə həm də qeyri-nəğd valyuta üzrə baş verib. Son ayların trendləri o cumlədən artıq yekunlaşmış aprel ayının trendləri onu göstərir ki, tarazlıq bərpa olunub.Hətta təxminən 140 milyon dollara qədər Dövlət Neft Fondunun satışlarında qənaət ,qrafikdən geri qalma yəni əlavə ehtiyat var.

Elman Rüstəmov manatın məzənnəsinə təzyiqlər və Mərkəzi Bankın valyuta satışı və alışı ilə bağlı yaranan fikirlərə də aydınlıq gətirərəki" Bu onu göstərir ki, valyuta bazarı tarazlığı və manatın məzənnəsinə hər hansı bir təzyiq yoxdur.Mərkəzi bank bazardan valyuta almır biz nə satış yönümlü nə də alış yönümlü heç bir intervensiya etməmişik."-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva