BANK

29 Aprel

Azərbaycan şirkəti Avropa bankından 2 milyon dollar borc alır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın yarımfabrikat və hazır dərilərin ən böyük istehsalçı və ixracatçılarından biri olan "RER Modern Hides" MMC şirkətinə 2 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

Fins.az AYİB-ə istinadən xəbər verir ki, şirkət hazırladığı yarımfabrikat və hazır dərilərinin keyfiyyətini artırmağa və məhsul çeşidini genişləndirməyə imkan verəcək müasir bir istehsal müəssisəsini istifadəyə verməyi planlaşdırır. 

2013-cü ildə qurulan şirkət daha geniş bir müştəri bazasına və ixrac bazarlarına nail olmağı hədəfləyir.

AYİB-in krediti yeni avadanlıqların alınması üçün də istifadə olunacaq.