BANK

28 Aprel

Vüqar Bayramov: Əksər banklarda kredit faizləri yüksək olaraq qalmaqdadır

Əksər banklarda kredit faizləri yüksək olaraq qalmaqdadır
 
Fins.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib
 
O bildirib ki, kiziki şəxslərin əmanətləri bu ilin mart ayında əvvəlki aya nisbətən 232 milyon manat azalıb. Belə ki, fevral ayında vətəndaşların banklardakı əmanətləri 8 milyard 379 milyon manat olsa da bir ay sonra bu göstərici 8 milyard 147 milyon manata düşüb. 4 milyard 101 milyon manat xarici valyutalarda, 4 milyard 46 milyon manatı isə manatla saxlanır. Xarici valyutada saxlanan əmanətlərin payı cüzi çox olsa da etiraf etmək lazımdır ki, son illər depozitlərin valyuta strukturu xeyili dərəcədə yaxşılaşıb. Bu isə milli valyutanın 2017-ci ilin ferval ayından etibarən stabil qalması və manatla əmanətlərə xarici valyutaya nisbətən daha çox dividentin ödənilməsi ilə bağlıdır.
 
Millət vəkili depozit məbləğlərinin aşağı düşməsinə və kredit faizlərinin yeksək olmasına da toxunaraq"Fiziki şəxslərin əmanətlərinin azalması tələbli depozit məbləğlərinin aşağı düşməsi ilə bağlı olsa da bütün hallarda bank sektoru üçün arzuolunan deyil. Digər tərəfdən, depozitlər üzrə dividend faizlərini son illər aşağı endirən əksər banklarda kredit faizləri yüksək olaraq qalmaqdadır. Bu da depozit ödənişləri ilə kredit faizləri arasında kəskin fərqin hələ də qaldığından xəbər verir."-deyə qeyd edib.
 
Vüqar Bayramov vurğulayıb ki, bu baxımdan, bank sektorunda rəqabəti gücləndirməklə depozit və kredit siyasətləri arasındakı mütənasibliyin möhkəmləndirilməsinə ehtiyac var. Bu passiv vəsaitlərin banklara cəlb edilməsi və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər.
 
Müəllif: Aynur Qəniyeva