BANK

28 Aprel

Azər Türk Bank-ın dörd yeni modern filialı istifadəyə veriləcək

Növbəti addım 2021-ci ildə Bakı şəhərində  Azər Türk Bankın dörd yeni modern filialının istifadəyə verilməsi olacaq.

Fins.az xəbər verir ki, bu barədə Azər Türk Bank-ın mətbuat katibi Rauf Ağayev məlumat verib 

O bildirib ki, bankın ötən il istifadəyə verdiyi “Rəqəmsal” adlı yeni filialı müştərilər tərəfindən rəğbət və maraqla qarşılanmışdır. Bu filial Azər Türk Bank-ın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilkdir. Burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.

O həmçinin bildirib ki,görülən tədbirlər sırasında növbəti addım 2021-ci ildə Bakı şəhərində  Azər Türk Bankın dörd yeni modern filialının istifadəyə verilməsi olacaq.Üstün xidmət səviyyəsi təqdim olunacaq bu filiallarda müştərilərə geniş bank xidmətləri göstəriləcək.

Rauf Ağayev yeni qurulan ofislərdə müştərilər üçün yaradılan şərait barədə də məlumat verərək "Bankın  yeni qurulan ofislərində terminallar və kompyuterlərdən özünəxidmət üçün istifadə etməklə müştərilərin burada istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün şərait olacaq."-deyə bildirib. 

Azər Türk Bank-ın mətbuat katibi bankda qurulan infrastruktur və xidmətləri də açıqlayaraq vurğulayıb ki, Bankın son dövrdə qurduğu ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verir.

Rauf Ağayev qeyd edib ki, Azər Türk Bank müştərilərinin bankla təmasda rahatlığının, əməliyyatların yerinə yetirilməsində operativliyin təmin olunması istiqamətində işlərini davam etdirir.

O əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və ön ofisdə çalışan əməkdaların ixtisaslaşdırılmasını açıqlayaq "Hazırda ön ofisdə çalışan əməkdaşların xidmət sahələri üzrə işinin universallaşdırılması prosesi başa çatdırılıb,hüquqi və fiziki şəxslərə xidmət bölmələri birləşdirilıb.İndi Bankın  xidmət şəbəkəsində fəaliyyət göstərən hər bir əməkdaşı müxtəlif əməliyyatlar üzrə, müştərinin hüquqi və ya fiziki şəxs olduğundan asılı olmayaraq, xidmət göstərəcək." deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva