BANK

28 Aprel

“Bakıkart”ın ödəmə terminallarında nağd ödənişlər dayandırıla bilər

“Bakıkart”ın ödəmə terminallarında nağd ödənişləri dayandırmaq istəyirik”. 

Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib. 

O qeyd edib ki, bu ilin sonunda kartlarda onlayn ödəniş mümkün olacaq: “2000-ə yaxın avtobus dayanacağında ödəmə terminalı iqtisadi cəhətdən səmərəsizdir. Burada əsas çətinlik metronun bağlanması ilə oldu. Vestibüllər isə artıq açılıb, yaxın bir ay ərzində “Milli Ön”lərdə də ödəmə mümkün olacaq”.

(c)APA