BANK

28 Aprel

Dollar sürətlə BAHALAŞIR

Amerikanın istehlak dövriyyəsinə dair göstəricinin çərşənbə axşamı proqnozlaşdırılandan yaxşı dərc edilməsi, İngiltərənin Breksit sazişində nəzərdə tutulan Şimali İrlandiya maddəsini pozmaqla, AB ilə münasibətləri daha da gərginləşdirməsi və yeni mutasiyaların korona, beləliklə, qlobal ticarət böhranını dərinləşdirməsi riskləri, hazırda maliyyə bazarlarında əsas diqqət mərkəzində olan hadisələrdir.

Yeni həftənin başlaması ilə avro 1.21, funt sterlinq 1.39$-ın altında müqavimətlə rastlaşıb. Dollar indeksi üzrə təhlillərə əsasən isə 91 və 91.4 punktların qırılması, növbəti bahalaşma dalğasını alovlandıra bilər.