2021-ci ilin Aprel ayının ötən dövründə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 423 ipoteka krediti verilib.
Fins.az Fonda istinadən xəbər verir ki, indiyədək verilmiş ipoteka kreditlərinin cəmi sayı 33 min 295-ə, məbləği isə 1 milyard 768 milyon 85 min manata çatıb.
Aprelin 1-də verilmiş ipoteka kreditlərinin sayı 32 min 872, məbləği isə 1 milyard 737 milyon 330 min manat təşkil etmişdi.