BANK

26 Aprel

Qızıl sərmayəçilərinin gözü FED-in iclasındadır

Qızıl sərmayəçiləri, bu həftə keçiriləcək ABŞ Mərkəzi Bankının (Fed) yığıncağına və ABŞ-ın iqtisadi məlumatlarına fokuslanıblar.

Fins.az  xəbər verir ki, Fed sədri Jerome Powell, çərşənbə günü yığıncaqdan sonra keçirəcəyi mətbuat konfransında ABŞ-dakı faiz dərəcələrinə dair ən son qiymətləndirməsini paylaşacaq. Powell və mərkəzi bankın üzvləri, sərmayəçilərə inflyasiya və faiz gözləntiləri ilə bağlı bankın dilində bir dəyişiklik olmayacağını söyləmişdi.

10 illik ABŞ Xəzinə istiqrazının faizi 1,57% səviyyəsində, Bloomberg Dollar ndeksi Fevral ayından sonrakı ən aşağı səviyyələrdədir.

Keçən həftəni az da olsa bahalşama ilə bağlayan qızıl, ardıcıl üçüncü həftəni də qazancla keçirib. Qızılın qiyməti ilin ilk üç ayında düşməsinə baxmayaraq Aprelin əvvəlindən bu yana bahalaşmaqdadır.

Cümə günü 1795 dollar səviyyəsinə qədər çatan qızılın unsiyası, axşama doğru düşmüş, bu həftəyə 1780 dollar ətrafında başlayıb.