BANK

23 Aprel

Rusiya Mərkəzi Bankı kritik faiz qərarı verdi

Rusiya Mərkəzi Bankı (CBR) faiz dərəcəsini proqnozlaşdırılandan çox qaldırıb.

Fins.az xəbər verir ki, uçot faizi 4.75%-ə deyil, 5%-ə qaldırılıb. 

Qeyd etmək lazımdır ki, rublun və neftin ucuzlaşması ehtimalları, ölkədə yüksək inflyasiya risklərini də artırır. Rusiyada iyun ayından inflyasiya 3.2%-dən artmağa başlayıb və fevral ayında 5.8%-ə çatıb. Bu, dörd ilin maksimumudur.