BANK

23 Aprel

Azərbaycanda ticarət və xidmət sektorunun - Kreditləşməsi Azalıb

Bu ilin aprelin 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 0,4% artaraq 2,517 mlrd. manata çatıb.

Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 0,2% artıb. İlin əvvəlindən isə bu göstərici 3,5% azalıb.

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 17,1% təşkil edib ki, bu da aylıq müqayisədə dəyişməz qalıb, illik müqayisədə isə 1,1 faiz bəndi azalıb. (Apa)