Mən indi inanıram ki, bank bu ili yaxşı gəlirlə başa vuracaq.
Bunu Yelobank-ın İdarə Heyətinin sədri Anar Həsənov jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, bu ilin hər ayını biz gəlirlə bitirdik. Biz Yelobank olaraq strategiyamızı yazıb yekunlaşdırdıq. Keçən həftə müşahidə Şurasının iclası idi. Yelobank olaraq özümüzü pərakəndə bank olaraq görürük. Diqqət yetirmisinizsə keçmişdə “Nikoilbank" daha çox korporativ bank olaraq xarakterizə olunurdu. Korporativ sektordan kənarlaşıb, öz diqqətimizi sırf adi insanlar üçün əlçatan yüksək səviyyəli peşəkar bir bankına çevriləcəyik.
Anar Həsənov həmçinin “Bankımızın səhmdarı ilə şəxsi görüşdə söz verdim ki, bu bank bu ili zərərsiz başa vuracaq. Mən indi inanıram ki, bank bu ili yaxşı gəlirlə başa vuracaq.
Pandemiya cərəyan edir. İstehlak tələbi aşağı səviyyədədir. İnsanlar pul xərcləmir. Bütün bunlara baxmayaraq gələcəyimizi çox aydın və parlaq görürük. Yaxın həftələrdə 28 may ərazisindəki binanı tərk edirik, 20 yanvar ərazisində böyük binaya köçürük” deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva