BANK

22 Aprel

“Günay Bank” cari ilin ilk rübünü uğurla başa vurdu

"Günay Bank" ASC-nin cari il üzrə təqdim etdiyi hesabata nəzər salanda məlum olur ki,  Bank öz inkişaf tendensiyasını davam etdirməkdədir.

Belə ki, ötən ilin sonu ilə müqayisədə Bankın ümumi aktivləri 5 milyon 627 min manat artaraq  hazırda 250 670.18 min manata çatmışdır.

Eyni zamanda Bank cari ilin 1-ci rübünü 879 min manat mənfəətlə başa vurmuşdur.

Mövcud pandemiya şəraitinin iqtisadiyyatımızda yaratdığı çətinliklərə baxmayaraq Bankın məcmu kapitalı 65 milyon 707 min manata yüksəlmişdir.

Qeyd olunan göstəricilər “Günay Bank”-ın davamlı tərəqqi yolunda inamla addımladığına dəlalət edir.

 Tərtib etdi: A. Səfərov