BANK

21 Aprel

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu artıb

Bu ilin aprel ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 619,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu göstərici son bir ayda 0,7% artıb. İlin əvvəlində bu göstərici 1,4% artıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 5,8% azalıb.

(c)APA