BANK

21 Aprel

BVF: Mərkəzi Bankın valyuta ehtiyatları 6,5 milyard dollara çatacaq

Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.

BVF-nin Yaxın Şərq və Orta Asiya üçün yenilənmiş regional icmalında verilən məlumata görə, 2021-ci ilin sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 6,3 milyard dollar təşkil edəcək və 2020-ci ilə nisbətən dəyişməyəcək.

Fondun təxminlərinə görə, 2022-ci ildə Mərkəzi Bankın ehtiyatları 6,5 milyard dollara qədər artacaq.

BVF-nin hesablamalarına görə, Mərkəzi Bankın ehtiyatları 2021-ci ilin sonuna qədər Azərbaycana mal idxalını 4.1 ay, 2022 - 4.3 ay ərzində təmin edəcək.