BANK

21 Aprel

“Günay  Bank” ASC ipoteka xidmətlərini yüngülləşdirdi

 

“Günay Bank” ASC  İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə ölkəmizdəki bir çox ailələrin ev ilə təmin olunması üçün ipoteka xidmətinin illik faiz fərəcəsini 7%-ə endirmişdir.

 Bank vətəndaşlarımızın ev əldə etmək arzusunun daha da reallaşdırması məqsədi ilə 2013-cü ildən sonra tikilən mənzillər üzrə ilkin ödənişə dair tələbi 20%-ədək hesablanmasına qərar vermişdir.

Bu istiqamətdə ətraflı məlumat almaq istəyənlər  Bankın rəsmi internet və sosial səhifələrindəki çat bölümü, yaxud 1546 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilər.

 “Günay Bank” ASC müştərilərinin rifahı naminə  təqdim etdiyi hər bir xidmət üzrə mümkün olan bütün güzəşt tədbirlərini həyata keçirməyi davam etməkdədir.