BANK

21 Aprel

“Ziraat Bank Azərbaycan”-nın mənfəəti AZALIB, öhdəlikləri ARTIB 

 “Ziraat Bank Azərbaycan” ASC 2021-ci ilin 1-ci rübün hesabatını verib 

Fins.az xəbər verir ki, 201-ci ilin yanvar mart ayları ötən ilin eyni dövrü ilə müqaisədə bankın qeyri-faiz xərcləri, cəmi  1,177,91 min manat  azalaraq 3111,68 min manat   təşkil edib. 

Hesabata dövründə bankın əməliyyat mənfəəti 398,26 min azalaraq 1,484,74 min manat təşkil edib. 

2021-ci ilin 1-ci rübündə  “Ziraat Bank Azərbaycan” ASC-in xalis mənfəəti  119,71 min azalaraq 492,45 min manat olub. 

Hesabat dövründə bankın nağd vəsaitlərin cəmi 1,750,87 min manat azaraq 6086,49 min manat təşkil edib. 

Sözügedən dövrdə Ziraat Bank Azərbaycan” ASC-in cəmi öhdəlikləri 76,653,31 min manat artaraq  253498,16 min manat təşkil edib 

Müəllif:Aynur Qəniyeva