BANK

20 Aprel

Naxçıvanbank hesabat verdi

“Naxçıvanbank” ASC 2021-ci ilin ilk rübnü 2 milyon 240 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin ilk rübünü 2 milyon 177 min manat xalis mənfəət ilə bağlamışdı.

Fins.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-mart dövründə “Naxçıvanbank”ın cəmi əməliyyat gəlirləri 4 milyon 113 min manat, cəmi əməliyyat xərcləri 1 milyon 440 min manat, əməliyyat mənfəəti 2 milyon 673 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 432 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə “Naxçıvanbank”ın cəmi əməliyyat gəlirləri 3 milyon 975 min manat, cəmi əməliyyat xərcləri 1 milyon 367 min manat, əməliyyat mənfəəti 2 milyon 608 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 430 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmışdı.

31 Mart 2021-ci il tarixində "Naxçıvanbank" 268 milyon 577 min manat cəmi aktivlərə, o cümlədən 122 milyon 478 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub. Bank ötən ilin sonunda 298 milyon 577 min manat cəmi aktivlərə, 117 milyon 88 min manat kredit portfelinə malik idi. 

31 Mart 2021-ci il tarixində "Naxçıvanbank" 87 milyon 291 min manat məcmu kapitala malik olub.