BANK

20 Aprel

"PASHA Bank" işçi axtraır

PASHA Fərdi Bankçılıq Departamentində Məhsul Sahibi vakansiyasını elan edir.

Əsas öhdəliklər:

• Bankın mobil əlavəsinin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
• Fiziki şəxslər üzrə innovativ layihələrin aparılması;
• Personanın təyin edilməsi;
• Customer Journey Map hazırlanması;
• Muştərilərlə sorğu və müsahibələrin aparılması;
• Business case yazmaq və müdafiə etmək bacarığı;
• Ödəniş kartları üzrə xərc və gəlirlərin hesablama bacarığı;
• Komandanın idarə olunması;
• İşlənilmiş rəqəmsal həllərin funksional testi;
• Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
• Rəqəmsal tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
• Daxili hesabatların hazırlanması və onların təhlili;
• Rəhbərlik üçün hesabat və təqdimatlarım hazırlanması.

Namizədə olan tələblər:

- Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi
- Müvafiq sahədə azı 3 il iş təcrübəsi;
- Digər strukturlarla yüksək ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
- Analitik düşüncə, texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Agile metodologiyası üzrə ekspertiza;
- Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
- Təşəbbüskarlıq, yaradıcıllıq və innovasiyalara meyillik;
- Öyrənməyə və şəxsi inkişafa meyillilik;
- Azərbaycan, Rus və İngilis dili üzrə biliklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 08 May 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Retail PO” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.