BANK

19 Aprel

Bağlanan bankların əmanətçilərinə nə qədər kompensasiya ödənilib?-MƏBLƏĞ 

 Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 644 əmanətçiyə 634 milyon manatadək kompensasiya ödənişi həyata keçirilib.

Əmanətlərin Sığortalanması Fondundan Fins.az-a bildirilib ki, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə keçən il iyunun 16-dan aprelin 16-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 249,14 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4747 əmanətçiyə 117,31 milyon manat, "NBC Bank" üzrə isə 4235 əmanətçiyə 132 milyon manatdan çox kompensasiya ödənilib. Ötən il iyunun 1-dən aprelin 16-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 384,72 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5837 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 140,43 milyon manat, "Ata Bank" üzrə 9825 əmanətçiyə isə 244,28 milyon manat təşkil edib.