BANK

19 Aprel

Azərbaycanın qonşusu olan bu ölkədə dollar rekord həddə BAHALAŞDI 

Bazar ertəsi günü rubl, qeyri-müəyyən bir xarici fon və yeni geosiyasi risklər qarşısında dollar və avroya nisbətdə ucuzlaşır 

Fins.az xəbər verir ki, analitiklərin fikrincə, rubl sanksiya risklərindən təzyiq altındadır, lakin orta səviyyəli bərpa üçün şərtlər hələ də mövcuddur.

Dollar məzənnəsi 42 qəpik artaraq 76.24 rubla, avro məzənnəsi - 92 qəpik artaraq 91.77 rubla çatıb. Daha əvvəl bazar ertəsi günü dollar maksimum 76.41 rubla, avro isə 91.8 rubla qədər yüksəlmişdi.