BANK

19 Aprel

Goldman Sachs-dan avro  ilə bağlı tövsiyə

“Goldman Sachs”-ın analitikləri hesab edirləri ki,  avro dollar məzənnəsinin 1.2500 səviyyəsini qırması yalnız zaman məsələsidir. Analitiklər 3 aylıq proqnozlarını əvvəlki 1.2100 ehtimalından bu səviyyəyə qaldırıb.  

Avro üçün bahalaşma faktorları olaraq, Avrozona iqtisadiyyatının böyüməsi üçün artan gözləntiləri, Avropa səhmlərinin layiqli gəlirlərini, “ECB” siyasətinin normallaşmasının ilk siqnallarını və Fed-in qiymətlərlə bağlı gözləntilərinin sabitləşməsini qeyd edilib. 

Mütəxəssislər avro və dollar üçün 12 aylıq hədəf səviyyəsini dəyişməyərək, 1.2800 səviyyəsində saxlayıb.