BANK

19 Aprel

Çindən rəqəmsal yuanın dolları sıradan çıxarması ilə bağlı AÇIQLAMA

Öz rəqəmsal valyutasını inkişaf etdirməyə hazırlaşan Çin, rəqəmsal yuanın qlobal rezerv valyutası olaraq dolları taxtdan düşürməyi ilə ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışır.

Fins.az xəbər verir ki, dünən bir forum çıxışında Çin Bankının rəhbəri  Li Bo, rəqəmsal yuanla dolları taxtdan salmağı hədəfləmədiklərini bildirib. Li, e-yuanın hələlik yalnız daxili bazarda istifadəsi nəzərdə tutulduğunu və bunun uzunmüddətli perspektivdə sərhədyanı istifadəsi ola biləcəyini bildirib . 

Çin Bankı, ölkədəki müxtəlif pilot proqramlarında "rəqəmsal yuan" ı sınaqdan keçirir. Bank rəqəmsal pulların 11 şəhərdə sınaqdan keçirilməsinə başlayıb. 

Keçən həftə ABŞ-ın Biden hökumətinin Çinin rəqəmsal yuanla bağlı addımlarına daha yaxından baxdığı bildirilib. 

Qeyd edək ki, Bank of China, 2014-cü ildən bəri rəqəmsal valyuta üzərində işləyir. Kriptovalyutaların artan istifadəsinin maliyyə sektorunun işini dəyişdirəcəyi gözləntisi ilə digər mərkəzi banklar və siyasətçilər bu sahəyə daha çox diqqət ayırmağa başlayıb. 

Li, 2022 Pekin Qış Olimpiya Oyunlarında rəqəmsal Yuan istifadə etməyi planlaşdırdıqlarını da açıqlayıb. 

Müəllif: Aynur Qəniyeva